Burada sizin reklamınız ola bilər

CinemaPlus “Babylon” filmi ilə 20-ci illərə geri döndü
23 Yanvar 2023 , 15:14

CinemaPlus “Babylon” filmi ilə 20-ci illərə geri döndü FOTOLAR


“CinemaPlus” premium kinoteatrında tarixi komediya-dram janrında olan “Babylon” Amerika filminin premyeradan öncə nümayişi keçirilib.


Primetime.az xəbər verir ki, film 1920-ci illərin sonlarında, Hollivudun səssiz kinodan səsli kinoya keçidi zamanı, bir çox personajların yüksəlişi və enişindən bəhs edir. Rejissor və ssenari müəllifi Demyen Şazell. Baş rollarda isə Bred Pitt, Marqo Robbi, Dieqo Calva, Cin Smart, Covan Adepo və Li Cun Li çəkilişib. 


Tədbirdə şou-biznes ulduzları, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər. İfaçılar Qorqud və Mado Salih retro mahnıları ilə gecəyə rəng qatıblar. Saksofonçu Emin Kazımzadə gözəl caz melodiyaları ifa
edib. 


Gecə film nümayişi ilə başa çatıb.

SİZƏ MARAQLI OLA BİLƏR