Burada sizin reklamınız ola bilər

Nəbatat Bağının yeni görünüşüylə bağlı iddialara cavab
25 Yanvar 2023 , 11:45

Nəbatat Bağının yeni görünüşüylə bağlı iddialara cavab


Bakı Şəhər İcra Hakimiyyəti sosial şəbəkədə Mərkəzi Nəbatat Bağı ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

 

Primetime.az-ın məlumatına görə, İcra Hakimiyyətindən bildirilib ki, ağacların sayının azaldılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

 

“Orada mövcud olan yaşıllığın qorunub saxlanılması ilə yanaşı, ölkə başçısının tapşırıqlarına uyğun olaraq ərazidə sökülən çoxsaylı qanunsuz tikintilərin yerində yeni ağacların əkilməsi nəzərdə tutulub.Yeni qurulacaq bağa dair yayılan şəkillər isə ayrı-ayrı müəlliflər tərəfindən ilkin olaraq təqdim olunan və təsdiq olunmayan bir çox layihələrdən biridir”.

 

Qeyd edək ki, 2022-ci il noyabrın 19-dan etibarən Mərkəzi Nəbatat Bağına ziyarətçilər üçün giriş bağlanıb.

SİZƏ MARAQLI OLA BİLƏR