Burada sizin reklamınız ola bilər

Səfirliyimizə hücum edən terrorçunun
27 Yanvar 2023 , 17:28

Səfirliyimizə hücum edən terrorçunun - FOTOSU


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.

 

Primetime.az-ın məlumatına görə, sosial şəbəkədə Y. Hüseynzadənin fotoları yayılıb.

 

Xatırladaq ki, hadisə bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində baş verib. Nəticədə səfirliyin mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərov qətlə yetirilib, Vasif Tağıyev və daha 1 nəfər yaralanıb.

 

50 yaşlı terrorçu tutularaq zərərsizləşdirilib.

 

 

 

 


SİZƏ MARAQLI OLA BİLƏR