Türkiyəli müğənni Selami Şahinin qalmaqallı videosu ilə gündəmə gəlib.
Primetime.az xəbər verir ki, görüntülərdə ifaçının ofisinin qarşısından keçən xanımları narahat etməsi göstərilib.
Ətrafdakı insanların sözlərinə görə, S. Şahin xanımların qarşısını kəsib onlarla tanış olmağa çalışır. Hətta bildirilir ki, 74 yaşlı sənətçi qadınların əllərindən tutur, onlara uyğunsuz təkliflər edir, yaxud da ofisinə çağırır.
Qeyd edək ki, S. Şahin Didem Şahin ilə evlidir. Onun üç övladı var.