Audiovizual Şuranın videoformatda keçirilən iclasında "Space TV"nin efirində "Media haqqında" Qanunun tələblərinin pozulması faktları müzakirə olunub.
Primetime.az xəbər verir ki, efirdə 12 may 2023-cü il tarixində "Gəl, danış" proqramının yayımı zamanı (saat 13.01-də) "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması faktı aşkarlanıb.
Həmin an proqrama zəng edən Anar adlı şəxslə Əməkdar artist Cavanşir Məmmədovun söhbəti olub. Müğənni şəxsə məsləhət verən zaman o, qeyri-etik ifadədən istifadə edib.