Burada sizin reklamınız ola bilər

Bu ölkədən Azərbaycana ət idxalına məhdudiyyət qoyuldu
22 May 2023 , 11:41

Bu ölkədən Azərbaycana ət idxalına məhdudiyyət qoyuldu


Tunisin Le Kef inzibati ərazi vahidindən Azərbaycana diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət qoyulub.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, buna səbəb Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən ərazidə dabaq xəstəliyi qeydə alınmasıdır.

 

Bildirilib ki, eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Tunisin Le Kef inzibati ərazi vahidindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.

SİZƏ MARAQLI OLA BİLƏR