Burada sizin reklamınız ola bilər

CinemaPlus-da sonuncu “Forsaj” filmi
23 May 2023 , 12:53

CinemaPlus-da sonuncu “Forsaj” filmi


“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Forsaj” franşizasının onuncu və final hissəsinin misilsiz küçə yarışçısı Dominik Toretto və komandası haqqında bəhs edən filmin premyeradan öncə nümayişi baş tutub.


Primetime.az xəbər verir ki, nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, blogerlər və iri təşkilatların sahibkarları dəvət olunub. Qonaqlar üçün maraqlı sürpriz hazırlanıb. Onlar özlərini filmin qəhrəmanları
obrazında sınayıb, oyun simulyatorlarına minib avtomobilin sürətini hiss ediblər. DJ-in lazer işıqlarının parlaq işıq effektləri və kinoteatrın dekorasiyası gecə yarışı atmosferi yaradıb.


 
Filmin rejissoru Lui Leteryedir.
 

Mayın 18-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində ən çox gözlənilən blokbasterlərdən biri3 dildə: rus, ingilis və türk dillərində nümayiş etdirilir. Həmçinin, “Forsaj 10” filminə Azərbaycanda ən son 4DX texnologiyası ilə Dəniz Mall-da yerləşən CinemaPlus-da baxmaq olar.

 

 

SİZƏ MARAQLI OLA BİLƏR