Burada sizin reklamınız ola bilər

İyunda 12 gün iş olmayacaq
30 May 2023 , 11:19

İyunda 12 gün iş olmayacaq


İyunda qeyri-iş günlərinin sayı məlum olub.

 

Primetime.az xəbər verir ki, qeyri-iş günlərinin sayı Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşib. İyunun 15-də Milli Qurtuluş Günüdür. 26 iyun Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramı günləridir.

 

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

 

Beləliklə, həftəsonları da daxil olmaqla, iyunda 12 gün iş olmayacaq.

SİZƏ MARAQLI OLA BİLƏR