Ötən gün Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib.
Primetime.az xəbər verir ki, tədbirdə bir çox sənət adamı səhnəyə çıxaraq, mahnılar səsləndirib. Onlar arasında Xalq artistləri Samir Cəfərov, Azərin, Ənvər Sadıqov, Azər Zeynalov, Əməkdar artistlər Lalə Məmmədova, Nigar Şabanova, Bəyimxanım Vəliyeva, Abbas Bağırov, Ramil Qasımov, İlkin Əhmədov, müğənnilər Kamilə Nəbiyeva, Çinarə Məlikzadə və başqaları yer alıblar.
Ziyafətdən sonra İlham Əliyev, Ərdoğan, Mehriban Əliyeva və Əminə Ərdoğan sənət adamları ilə görüşüblər.