Burada sizin reklamınız ola bilər

Şəhid övladlarının “Məzun günü” qeyd olundu
13 İyun 2023 , 16:36

Şəhid övladlarının “Məzun günü” qeyd olundu - FOTOLAR


Şəhid övladlarının "Məzun günü" adlı tədbir keçirlib.

 

Primetime.az xəbər verir ki, tədbirin təşkilatçılığını "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi edib. Gecədə ilk olaraq 1 dəqiqəlik sükutla şəhidlərin ruhu yad edilib. Tədbirdə təşkilatın sədri, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova çıxış edərək bu il məzun olan şəhid övladlarını təbrik edib:

 

"Bu il mənim övladım da daxil olmaqla 30-dan çox şəhid yadigarı olan şagird məzun olur. Onları öz balalarım kimi çox istəyirəm. Əminəm ki, bundan sonra onlar istər ali təhsil alaraq, istərsə də peşə təhsilinə yiyələnərək həm öz valideynlərinə, həm də Vətənə daha layiqli övlad olmağa çalışacaqlar".

 

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də çıxış edərək, məzunları təbrik edib, onlara uğurlar arzulayıb:

 

"Bu gün məzun olan şəhid övladlarının bir araya yığılması təsiredici hadisədir. Sizlərin çiynində böyük bir məsuliyyət var. Siz atalarınızın bizlərə yaşatdığı qürurun davamçıları olmalısınız". 

 

Gecədə müğənni Sivva "Əziz müəllimim" mahnısını məzunlar üçün səsləndirib.  

 

 

 

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR