Burada sizin reklamınız ola bilər

Ölkədə doğulan uşaqların çoxu oğlanlardır
13 İyun 2023 , 17:00

Ölkədə doğulan uşaqların çoxu oğlanlardır


Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında ölkə üzrə 37159 doğulan körpə qeydə alınıb.

 

Bu barədə  Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,1-dən 11,1-ə düşüb.

 

Rəsmi məlumata görə, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 1122-si əkiz, 63-ü üçəm olub.

SİZƏ MARAQLI OLA BİLƏR