Burada sizin reklamınız ola bilər

CinemaPlus-da “Əyləncəli səyahət”adlı macəralı komediya
07 İyul 2023 , 11:28

CinemaPlus-da “Əyləncəli səyahət”adlı macəralı komediya


“CinemaPlus” kinoteatrlar şəbəkəsində, iyulun 6-dan etibarən “Əyləncəli səyahət” (JOY RIDE) adlı Amerika filminin nümayişi başlayıb.
 

Primetime.az xəbər verir ki, Hollivud komediyasının prodüseri, məşhur ssenarist və aktyor Set Rogendir. Onunla birlikdə əfsanəvi “Superbad”, “The Boys”, “Pam & Tommy” kimi qlobal hitlərə imza atmış Evan Qoldberq bu filmdə də ortaq müəllif və ortaq prodüserdir.

Karyerasında ilk dəfə olaraq Rogen, qızlara yönəlmiş bir layihə həyata keçirib. Məşhur aktyor, prodüser “Mən ayda yüzlərlə ssenari alıram, oxuyuram, lakin “Əyləncəli səyahət”-in ssenarisi şəxsən mənim üçün istənilən pulu ödəməyə hazır olduğum bir ssenari idi. O, çox gülməli və eyni zamanda ürəkdən yazılmışdır ki, bu da, şübhəsiz hər bir prodüser üçün böyük uğurdur” , - deyərək SXSW festivalı çərçivəsində keçirilən filmin premyerası zamanı fikirlərini bölüşüb.


Komediya filminin rejissoru, ssenari müəllifi və prodüseri Adel Lim olub. Onun Hollivuddakı böyük uğurlarından biri məşhur

Film unudulmaz səyahətə çıxan dörd rəfiqənin həyəcanlı və gülüş dolu macəralarından bəhs edir. 

 

“Əyləncəli səyahət” istirahət etmək və müsbət enerjilə yüklənmək istəyənlər üçün mükəmməl bir filmdir. CinemaPlus kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.

 

SİZƏ MARAQLI OLA BİLƏR