Burada sizin reklamınız ola bilər

“CinemaPlus”da “Qeyri-mümkün missiya” filminin premyeradan öncə nümayişi keçirilib
14 İyul 2023 , 12:50

“CinemaPlus”da “Qeyri-mümkün missiya” filminin premyeradan öncə nümayişi keçirilib


“Amburan Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında “Paramount Pictures”ın istehsalı olan “Qeyri-mümkün missiya: Ölümcül intiqam, 1-ci hissə” adlı filminin premyeradan öncə nümayişi keçirilib.

 

Primetime.az xəbər verir ki, filmin büdcəsi 290 milyon dollar təşkil edir.


Rejissor və ssenari müəllifi - Kristofer Makuorri.


Filmdə baş rolu Tom Kruz ifa edir. Eləcə də Rebekka Ferqyuson, Heyli Etvell, Pom Klementeff, Vanessa Kirbi, Saymon Peqq, Şey Uiqem, Keri Elves, Rob
Delani və İndira Varma çəkiliblər.

Film haqqında qısaca: İtan Hant və onun komandası yenidən təhlükləli tapşırığa başlayırlar. Bu dəfə onlar bütün bəşəriyyəti məhv edə biləcək ölümcül silahın axtarışına çıxırlar və onun səhv əllərə keçməməsinə çalışırlar. Milyardlarla insanın həyatını xilas etmək üçün ölümcül yarış başlayır. Baş qəhrəman qüdrətli Qabriel ilə üzləşməli olacaq və qələbə qazanmaq üçün əzizlərini qurban verməyə belə məcbur ola bilər.
Tədbirdə şou-biznes ulduzları, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.



Qeyd etmək istərdik ki, film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, “Qeyri-mümkün missiya: Ölümcül intiqam” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR