Burada sizin reklamınız ola bilər

Ağacları qanunsuz kəsənlərlə bağlı sənədlər prokurorluğa göndərildi
31 İyul 2023 , 16:07

Ağacları qanunsuz kəsənlərlə bağlı sənədlər prokurorluğa göndərildi


 

Lənkəran rayonunun Nərimanabad və Beyləqan rayonunun Şəfəq qəsəbələrində, Quba rayonunun Barlı və Göyçay rayonunun Şıxbəy kəndlərində ağacların qanunsuz kəsilməsi faktları müəyyən edilib.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Lənkəran rayonunda vətəndaş Eldar Ağayev, Beyləqan rayonunda Əliağa Məmmədov, Quba  rayonunda Rəhman Seyidəhmədov, Göyçay rayonunda isə Raqif Maqsudov tərəfindən kəsildiyi məlum olub.

 

“Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - B.Məmmədov deyib.

SİZƏ MARAQLI OLA BİLƏR