Burada sizin reklamınız ola bilər

Dənizdə daha bir nəfər batdı
21 Avqust 2023 , 14:33

Dənizdə daha bir nəfər batdı


Pirşağı çimərliyində bir nəfər batıb. 

 

Primetime.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

SİZƏ MARAQLI OLA BİLƏR