Burada sizin reklamınız ola bilər

Ermənistan zərbə PUA-sı tətbiq etdi
01 Sentyabr 2023 , 11:24

Ermənistan zərbə PUA-sı tətbiq etdi - Daha 2 hərbçimiz yaralandı


Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

 

Primetime.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb:

 

“Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür”.

SİZƏ MARAQLI OLA BİLƏR