Burada sizin reklamınız ola bilər

Səbuhi Rəcəbə hökm oxundu
04 Sentyabr 2023 , 10:51

Səbuhi Rəcəbə hökm oxundu


Azərbaycan Kikboksinq Federasiyasının dələduzlquda ittiham olunan sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəbin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 

Primetime.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən S.Rəcəb külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, S.Rəcəb 3 nəfərə qarşı 240 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. S.Rəcəb BDU-nun Hüquq fakultəsini bitirib. Konstitusiya Məhkəməsində işləyib. Eyni zamanda peşəkar idmançı və biznesmen olub. 2015-ci ildə Kikboksinq Federasiyasında vitse-prezident kimi çalışıb.

SİZƏ MARAQLI OLA BİLƏR