Burada sizin reklamınız ola bilər

Beynəlxalq Muğam Mərkəzində xalq ozanı 
04 Oktyabr 2023 , 16:20

Beynəlxalq Muğam Mərkəzində xalq ozanı  - FOTOLAR


Aşıq Veyselin vəfatının 50-ci ildönümü ilə əlaqədar  Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin təşkilatçılığı ilə “Cümhuriyyətin üzü” adlı konsert baş tutub. 

 

Primetime.az xəbər verir ki, tədbirdə çıxış edən Yunus Əmrə İnstitutunun Bakı Nümayəndələyinin rəhbəri Səlçuk Karakılıç Aşıq Veyselin yaradılığından bəhs edib:

 

"Aşıq  Veysel daha çox panoramik baxa bilən, Türkiyənin xaotik məsələlərinə dərindən gələn iç səsinin əks sədası ilə səslənə bilən, böyük problemləri böhrana çevirmədən Türkiyənin siyasi və mədəni xadimlərinə təkliflər verə bilən böyük bir sənətkardır. Onun Türkiyənin sosial problemlərinə səssiz qalmadan cəmiyyəti xəbərdar etməsinin nə dərəcədə böyük sənətkar olduğunu göstərir. Yalnız öz faciəsini yazsaydı, ona romantik şair deyə bilərdik, amma Veysəl Türkiyə və türk milləti mövzularını cəsarətlə qələmə aldığı üçün milli romantik şairdir”.

 

Qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Cahid Bağçı, Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca, sənət adamları və bir çox qonaqlar iştirak ediblər. 

 

Xatırladaq ki, tədbir Türkiyə Cümhuriyyətinin 100 illiyi, “UNESCO-nun Aşıq Veysəl ili” və vəfatının 50-ci ildönümü çərçivəsində baş tutub. Gecədə əməkdar artist Nuriyyə Hüseynova, Həlimət Sultan, Ülviyyə Sədaqət və Çilənay Hüseynkva doqquz nəfərlik orkestr ilə Aşıq Veysəlin sevilən mahnılarını səsləndirib.

SİZƏ MARAQLI OLA BİLƏR