Burada sizin reklamınız ola bilər

AzTV Heydər Əliyevlə bağlı film çəkdi
05 Oktyabr 2023 , 14:49

AzTV Heydər Əliyevlə bağlı film çəkdi – Ulu Öndərin İtaliya səfərindən səmimi GÖRÜNTÜLƏRİ


“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Ulu Öndər Heydər Əliyev haqqında film hazırlayıb. 

 

Primetime.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin İtaliyaya rəsmi səfərinin siyasətdən kənar maraqlı məqamlarına həsr olunan film “Bir səfərin izi ilə” adlanır. Ulu Öndərin İtaliyaya rəsmi səfəri zamanı səmimi və qeyri-rəsmi görüntülərini əks etdirəcək filmin müəllifi Azər Qəribdir. 

 

“Bir səfərin izi ilə” filmi 8 oktyabr saat 22:00-da AzTV-də yayımlanacaq.

 

Filmin anonsunu təqdim edirik: 

 

SİZƏ MARAQLI OLA BİLƏR