Burada sizin reklamınız ola bilər

Atatürkün həyatından bəhs edən film Bakıda... 
11 Oktyabr 2023 , 12:09

Atatürkün həyatından bəhs edən film Bakıda... 


Türkiyənin qurucusu Mustafa Kemal Atatürkün həyatından bəhs edən “Zübeydə, analar və oğullar” filminin Bakıda qala gecəsi baş tutacaq. 

 

Primetime.az xəbər verir ki, filmdə baş rolları aktrisa  Aslıhan Güner Kılıç, Emre Kınay, Turgay Tanülkü və Alican Yücesoy canlandırıb. Ssenari müəllifi Murat Arslan tərəfindən yazılan “Zübeydə, analar və oğullar” filmi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə Zübeydə xanım arasındakı münasibətdən, Mustafa Kamalın liderlik hekayəsindən bəhs edir. 

 

Türkiyənin Yunus Əmrə İnstitununun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç bildirib ki, film Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub, Türkiyənin ümummilli lideri Atatürk hansı mübarizələri verib, Türkiyə Cümhuriyyətinin hansı şəraitdə qurulduğunu, Atatürk və anası Zübeyde xanımdan bəhs etdiyini bildirib.


Atatürkü və anası Zübeyde xanımı dəqiq təsvir edən bir film olduğunu deyən Selçuk Karakılıç bunun Atatürkü və onun mübarizəsini yenidən anlamaq üçün bir fürsət olduğunu qeyd edib.


Səlçuk Karakılıç azərbaycanlı sənətsevərləri, Türkiyə tarixini və Atatürkün hekayəsini öyrənmək və bilmək istəyən universitet tələbələrini, Türkiyə ilə əlaqə yaratmaq istəyən bütün Azərbaycan xalqını filmə baxmağa dəvət edərək, Atatürkün mübarizəsinin Azərbaycan xalqına nümunə olacağını qeyd edib. 

 

Atatürkün mübarizəsinin Azərbaycan gəncləri üçün örnək olacağını qeyd edərək, Atatürkün örnək bir lider olduğunu bildirib. 

 

Qeyd edək ki, "Zübeydə, analar və oğullar" oktyabrın 12-də Bakıda bütün kinoteatrlarda yayımlanacaq.

SİZƏ MARAQLI OLA BİLƏR