Burada sizin reklamınız ola bilər

Orxan Məmmədlinin intiharı ilə bağlı araşdırma aparılır
17 Oktyabr 2023 , 14:15

Orxan Məmmədlinin intiharı ilə bağlı araşdırma aparılır


Jurnalist Türkan Məmmədlinin həyat yoldaşı Orxan Məmmədlinin intiharı ilə bağlı araşdırma aparılır.

 

Primetime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, O.Məmmədlinin özünü Səbail rayonu Mehdi Hüseyn küçəsində yerləşən ofisin qapısının çərçivəsindən asması müəyyən edilib. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin edilib. İlkin ehtimala görə, Orxan Məmmədli borc məsələsinə görə həyatına son qoyub.

 

Qeyd edək ki, O.Məmmədli turizm şirkətinin rəhbəri olub.

 

***

 

Oxu.az-ın məlumatında Orxan Məmmədlinin borc səbəbindən intihar etdiyi iddia olunub. Belə ki, o, intihar etməmişdən öncə məktub yazıb. Məktubda kimə nə qədər borcu olduğunu qeyd edib.

 

“Haqqınızı halal edin, mən bu dünyadan gedirəm. Ölümümdə heç kəsi günahlandırmayın”, - məktubda qeyd olunub.

 

Yazıda qeyd edilib ki, Orxan son vaxtlar daha çox ofisdə vaxt keçirir, evə getmirmiş. Dünən heç bir işçisi işə getməyib. O.Məmmədli özünü ofisdə asıb.

 

SİZƏ MARAQLI OLA BİLƏR