Burada sizin reklamınız ola bilər


31 Oktyabr 2023 , 10:25

"Freddi ilə beş gecə" filminin premyeradan öncə nümayişi keçirilib


“28 Mall”  ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında "Halloween" bayramı ərəfəsində "Freddi ilə beş gecə" Amerika qorxu filminin premyeradan öncə nümayişi keçirilib.

 

Primetime.az xəbər verir ki, ekran işinin rejissoru Emma Tammidir. Filmdə rolları Coş Hatçerson, Elizabet Leyl, Payper Rubio, Ket Konner Sterlinq, Meri Styuart Masterson və Metyu Lillard ifa ediblər.


Film tərtibatçı Skot Kouton tərəfindən yaradılmış məşhur video oyununa əsaslanır və yerli restoranda gecələr işləyən mühafizəçi Maykın hekayəsindən bəhs edir. Gün ərzində ziyarətçiləri müxtəlif heyvanlar kimi geyinmiş robotlar qarşılayır: ayı, dovşan, tülkü. Ancaq qaranlıq çökəndə animatronika qəribə davranır və Maykı təqib etməyə başlayan çılğın qatillərə çevrilir. İndi o, beş gün ərzində buna nəyin
səbəb olduğunu öyrənməlidir.


Tədbirdə şou-biznes ulduzları, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.



“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

 

SİZƏ MARAQLI OLA BİLƏR