Burada sizin reklamınız ola bilər

Aparıcılar məşhur layihədən 5 min manat qazanıb
07 Noyabr 2023 , 15:43

Aparıcılar məşhur layihədən 5 min manat qazanıb


Dünyaca məşhur yarışma “Düşən pullar” Azərbaycanda start götürüb.

 

Primetime.az xəbər verir ki, AzTV-də yayımlanan layihənin aparıcılığını Şəhriyar Əbilov edir. Yarışmanın ilk qonaqları teleaparıcılar Dilarə Səlim və Mümtaz Xəlilzadə olublar.

 

Layihənin ilk buraxılışı Azərbaycan Televiziyası və Radiosu Gününə təsadüf edib və tanınmış teleaparıcılar 100 min manat uğrunda mübarizə aparıblar. Onlar sonda yarışmanı 5 min manat qazanaraq tərk ediblər. Dilarə Səlim və Mümtaz Xəlilzadə qazandıqları 5 min manatı "YAŞAT" Fonduna bağışlayıblar.

 

"Düşən pullar" layihəsi hər şənbə günü saat 22:00-da AzTV-də yayımlanacaq.

SİZƏ MARAQLI OLA BİLƏR