Müğənni Samirə Efendi "De varmı" adlı yeni işini təqdim edib.
Primetime.az xəbər verir ki, mahnının Musiqisi Cəmil Məmmədli, söz müəllifi isə Orxan Zeynallıdır.
"De varmı", çətin ayrılıq duyğusunu hiss etdirən, hər notu, hər sözü ilə dərin hisləri aşılayan bir musiqidir. "De varmı" bir çoxumuzun həyatında yaşanılmış hekayədir. Bu, güc tapmaq, hətta ayrılığın öz gözəlliyi və yeni başlanğıc üçün hər zaman ümidin olduğunu aşılayan bir musiqidir. Əminik ki, bu kompozisiya bir çox talelərin vacib hissəsinə çevriləcək və bütün dünyada dinləyicilərin qəlbinə yol tapacaq - deyə, müğənni bildirib.
"De varmı" kompozisiyası populyar musiqi platformalarında dinləyicilərə təqdim olunub.