Burada sizin reklamınız ola bilər

Əməkdar artistlər
14 Noyabr 2023 , 12:37

Əməkdar artistlər "smaylik"ə görə 100 min manat itirdilər - VİDEO


Dünyaca məşhur yarışma “Düşən pullar” verilişinin 2-ci buraxılışı yayımlanıb. 

 

Primetime.az xəbər verir ki, AzTV-də yayımlanan layihənin bu dəfəki qonaqları Əməkdar artistlər Nahidə Orucova və Nicat Kazımov olub. Onlar gərgin mübarizəyə qoşularaq 100 min manat uğrunda yarışıblar. 5-ci suala kimi 100 min manatla gələn iştirakçılar 5-ci sualda çətin anlar yaşayıblar. Əməkdar artistlər "smaylik"lə bağlı suala səhv cavab verərək 100 min manatın hamısını itiriblər. 

 

Layihənin aparıcısı Şəhriyar Əbilovdur.

 

SİZƏ MARAQLI OLA BİLƏR