Burada sizin reklamınız ola bilər

Ankarada azərbaycanlı rüzgarı əsdi
14 Noyabr 2023 , 13:57

Ankarada azərbaycanlı rüzgarı əsdi


Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov ilk dəfə Türkiyədə səhnə alıb.

 

 

Primetime.az xəbər verir ki, ifaçı Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Ankarada çıxış edib. Azərbaycanlı və türk tamaşaçılarına mahnılarını  ifa edən Seyran Türkiyədəki ilk konsertindən məmnunluq duyduğunu dilə gətirib.

 

Ankara Büyükşehir Belediyesinin təşkilatçılığı ilə keçirilən musiqili gecə “Yahyalar Aile Yaşam Merkezi” açıq hava konsert salonunda baş tutub.

 

Qeyd edək ki, Seyran İsmayılxanov 2005-ci ildən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. Müğənni Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə keçirilən bir çox beynəlxalq müsabiqələrdə, festivallarda, konsertlərdə iştirak edib. Almaniyada dünya şöhrətli "The Voice" (Səs) layihəsinin iştirakçısıdır.

SİZƏ MARAQLI OLA BİLƏR