Burada sizin reklamınız ola bilər

Karateçilərimiz daha iki medal qazandı – FOTOLAR
13 Avqust 2019 , 11:33

Karateçilərimiz daha iki medal qazandı – FOTOLAR


Azərbaycan idmançıları Xorvatiyanın Umaq şəhərində 21 yaşlıların WKF Kuboku (Dünya Karate Federasiyası) turniri və Gənclər Liqası yarışında müxtəlif medallara sahib olublar.

 

Primetime.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasından  verilən məlumata görə, karateçilərimiz Hümmət Baxşəliyev (-67 kq) yuxarı yaşlılarda qızıl medal, Ramil Baxşəliyev (-52 kq, 14-15 yaşlı yeniyetmələr) isə liqada bürünc mükafat qazanıb.

 

Yarışın ilk günü WKF Kuboku turnirində Murad Hacızadə (+84 kq) birinci, Fidan Teymurova (-50 kq) isə üçüncü yeri tutub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR