Burada sizin reklamınız ola bilər

Daha bir ulduz futbolçu karyerasını başa vurdu – FOTO
13 Avqust 2019 , 11:33

Daha bir ulduz futbolçu karyerasını başa vurdu – FOTO


Almaniyanın nəhəng klublarından olan “Bavariya”dan ayrılan dünyaca məşhur futbolçu Aryen Robben karyerasını başa vurub.

 

Primetime.az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi 35 yaşında yaşıl meydanlarla vidalaşıb.

 

Qeyd edək ki, karyerası ərzində PSV (Hollandiya), “Çelsi” (İngiltərə), “Real” (Madrid, İspaniya) kimi klublarda forma geyinən Robben 2009-cu ildən “Bavariya”da çıxış edirdi. O, 2003-2017-ci illər ərzində Hollandiya milli komandasında çıxış edib.

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR