Burada sizin reklamınız ola bilər

Tanınmış aparıcı qəzaya düşdü, maşın avtobusla toqquşub aşdı – VİDEO
13 Avqust 2019 , 11:33

Tanınmış aparıcı qəzaya düşdü, maşın avtobusla toqquşub aşdı – VİDEO


Tanınmış aktrisa və aparıcı Könül Yusifqızı qəzaya düşüb.

 

Primetime.az xəbər verir ki, hadisə səhər 07:20 radələrində, Bakı şəhəri, Nobel prospektində baş verib.

 

Belə ki, “Opel” markalı maşın avtobusla toqquşub və zərbə nəticəsində avtomobil uçaraq tərsinə çevrilib. “Marketdən çıxıb evə doğru gedirdim. Avtomobilin avtobusa dəyib üstümə tərəf gəldiyini gördüm. Qorxudan yana əyildim, maşın isə üstümdən uçub yerə aşdı. Əgər avtobus olmasaydı, maşın üzbəüz yola düşəcək və böyük faciəyə səbəb olacaqdı” –, deyə aparıcı saytımıza açıqlamasında bildirib.

 

Qeyd edək ki, hadisə nəticəsində K.Yusifqızının ayağı burxulub.

 

Aparıcının sözlərinə görə, maşını idarə edən sürücü sağdır və yaxınlıqdakı post patrul xidmətinin əməkdaşları sayəsində salamat çıxarılıb.

 

Günay Rəsulqızı

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR