Burada sizin reklamınız ola bilər

Azərbaycan II Avropa Oyunlarında daha 2 medal qazandı – FOTO
13 Avqust 2019 , 11:33

Azərbaycan II Avropa Oyunlarında daha 2 medal qazandı – FOTO


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışlarına yekun vurulub.

 

Primetime.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, son 3 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

 

Avropa çempionatının gümüş medalçısı İslam Abbasov ilk mərhələdə Serbiya təmsilçisinə vaxtından əvvəl qalib gələrək yarışa inamlı start verib. Həmyerlimiz 1/4 finalda Avropa çempionu və iki dəfə dünya 3-cüsü olmuş macar həmkarından güclü olub və adını yarımfinala yazdırıb. Xorvatiya təmsilçisinə də şans tanımayan İslam finala vəsiqə qazanıb. İyunun 30-da Abbasov son dünya çempionatının yarımfinalında və Avropa çempionatının finalında uduzduğu Jan Belenyukla qarşılaşıb. Təcrübəli Ukrayna təmsilçisinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.

 

Orxan Nuriyev debütdə avstriyalı rəqiblə bacarmayıb.

 

Sabah Şəriəti ilk görüşdə xorvat idmançını yolundan kənarlaşdırıb. Ancaq 1/4 finalda Gürcüstan pəhləvanına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şəriəti təsəlliverici görüşə vəsiqə qazanıb. İyunun 30-da Litva güləşçisini üstələyən Sabah bürünc medal uğrunda qarşılaşmada iştirak hüququ qazanıb. Spn görüşdə Norveç idmançısından güclü olan Şəriəti bürünc medalın sahibi olub.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR