Burada sizin reklamınız ola bilər

Bakıda “İntihar körpüsü”ndə QORXULU ANLAR – Qadın… – FOTOLAR
13 Avqust 2019 , 11:33

Bakıda “İntihar körpüsü”ndə QORXULU ANLAR – Qadın… – FOTOLAR


“Koroğlu” metrosunun yaxınlığındakı körpüdə intihara cəhd hadisəsi baş verib.

 

Primetime.az-ın əldə etdiyi məlumata görə, bu saatlarda bir qadın körpüyə çıxaraq intihara cəhd edib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Nazirlikdən saytımıza verilən məlumata görə, qadın xilas edilib. Bildirib ki, intihara cəhd edən qadın yalnız olmayıb, onun yanında azyaşlı da olub. Xilasedicilər vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.

 

Hadisə yerindən fotoları  təqdim edirik.

 

Günay Rəsulqızı

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR