Burada sizin reklamınız ola bilər

“Şaxtyor” komandasına yeni baş məşqçi təyin olunub
13 Avqust 2019 , 11:33

“Şaxtyor” komandasına yeni baş məşqçi təyin olunub


Ukraynanın “Şaxtyor” (Donetsk) futbol komandasına yeni baş məşqçi təyin olunub. 

 

Primetime.az  klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı Luiş Kaştru ilə 2 illik müqavilə bağlanılıb.

 

57 yaşlı mütəxəssis İtaliya “Roma”sının sükanı arxasına keçən həmyerlisi Paulu Fonsekanı əvəzləyib. Kaştru əvvəllər Portuqaliyanın “Portu”, “Vitoriya “Gimaraynş”kimi komandalarının baş məşqçisi olub. O, 2018/2019 mövsümündə “Vitoriya “Gimaraynş”la 5-ci yeri tutub.

 

Qeyd edək ki, Luiş Kaştru “Şaxtyor”un 33-cü baş məşqçisidir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR