Burada sizin reklamınız ola bilər

Binəqədi şossesində yenidən rənglənmə işləri aparılacaq
11 İyun 2019 , 15:24

Binəqədi şossesində yenidən rənglənmə işləri aparılacaq


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu axşam 22:00-dan səhər saatlarına kimi Binəqədi şossesində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

 

Bu barədə Primetime.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

 

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR