Burada sizin reklamınız ola bilər

Bakıda 1 yaşlı körpə faciəli şəkildə öldü
11 İyun 2019 , 13:55

Bakıda 1 yaşlı körpə faciəli şəkildə öldü


Bakıda ölümlə nəticələnən yanğın faktı qeydə alınıb.

 

FHN-dən Primetime.az-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəlli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb.

Məlumata görə, yanğının kəşfiyyatı zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyti aşkar olunub. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR