Burada sizin reklamınız ola bilər

11 mindən çox müəllim iş yerini dəyişmək istəyir
11 İyun 2019 , 11:55

11 mindən çox müəllim iş yerini dəyişmək istəyir


Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.

 

Primetime.az xəbər verir ki, müsabiqədə iştirak etmək üçün 11 913 namizəd elektron qeydiyyatdan keçib, 6334 namizəd elektron ərizəsini təsdiqləyib, 127 namizədin müraciətinə isə mövcud səbəblərdən imtina verilib.

 

Elektron müraciətini təsdiq etmiş namizədlərin ərizələri araşdırıldıqdan sonra şəxsi səhifələrinə məlumat göndəriləcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR