Burada sizin reklamınız ola bilər

Bayram günlərində hava necə olacaq?
03 İyun 2019 , 17:40

Bayram günlərində hava necə olacaq?


Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Primetime.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava günəşli olacaq.  Mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda  gecə 21-23, gündüz  32-34 dərəcə isti təşkil edəcək. Atmosfer  təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 60-70, gündüz 40-50 faiz olacaq.

 

İyunun 6-da hava dəyişkən buludlu olacaq. Yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda  gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

 

Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət  gecə 65-75, gündüz 40-50 faiz olacaq.

 

İyunun 5-6-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti

 

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

 

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu  21-22 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında İyunun 5-6-da hava əsasən yağmursuz keçəcək. Lakin iyunun 05-də axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 18-23, gündüz  34-39, dağlarda gecə 16-21,  gündüz 25-30 dərəcə  isti təşkil edəcək.

SİZƏ MARAQLI OLA BİLƏR