Burada sizin reklamınız ola bilər

Uşağını baxıcıya verib qaçan qadın tapıldı
03 İyun 2019 , 12:51

Uşağını baxıcıya verib qaçan qadın tapıldı


Azərbaycanda azyaşlı uşağını baxıcı yanına qoyub gedən qadın tapılıb.

 

Bu barədə Primetime.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O qeyd edib ki, uşağın anası artıq polis bölməsində izahat verib:

 

“Anasının sözlərinə görə, səhhətində olan problem ucbatından 25 gün xəstəxanada yatıb. Hazırda bununla bağlı araşdırmalar davam edir. Yəni qadının dediklərində nə qədər həqiqət payının olduğunu bilməliyik. Bundan sonra icra hakimiyyətinə müraciət olunacaq ki, aidiyyatı komissiya özü qərar versin”.

 

Qeyd edək ki, ötən gün  polis əməkdaşları Azərbaycan Uşaqlar Birliyinə təxminən 3 yaşlarında uşaq gətirmişdi. Bildirilirdi ki, anası uşağı bir qadının yanında qoyub və yoxa çıxıb.

 

Günay Rəsulqızı

 

SİZƏ MARAQLI OLA BİLƏR