Burada sizin reklamınız ola bilər

Rezidenturaya qəbulla bağlı qeydiyyat başladı
03 İyun 2019 , 10:30

Rezidenturaya qəbulla bağlı qeydiyyat başladı


Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır.

 

Dövlət İmtahan Mərkəzindən Primetime.az-a verilən məlumata görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib 2019-cu il iyunun 3-dən 10-dək qeydiyyatdan keçməlidirlər.

 

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

 

İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 14-də keçiriləcəkdir.

SİZƏ MARAQLI OLA BİLƏR