Burada sizin reklamınız ola bilər

Marşrut avtobusu piyadanı vurub öldürdü – AĞIR QƏZA
02 İyun 2019 , 12:50

Marşrut avtobusu piyadanı vurub öldürdü – AĞIR QƏZA


Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi  baş  verib.

 

Primetime.az ONA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində, 4 nömrəli şəhər xəstəxanasının qarşısında baş verib.

 

Yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Müseyibov Ramil Abdulla oğlunu   Samir Cəbrayılovun idarə etdiyi “50 AE 675” dövlət nömrə nişanlı 30 nömrəli marşrut avtobus vurub.

 

Nəticədə ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, R.Museyibov dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR