Burada sizin reklamınız ola bilər

Azərbaycanda bir gündə 26 nəfər saxlanıldı
01 İyun 2019 , 13:02

Azərbaycanda bir gündə 26 nəfər saxlanıldı


Ötən gün baş verən yol qəzasında 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. 

 

Daxili İşlər Nazirliyindən Primetime.az-a verilən məlumata görə, mayın 31-də törədilən 24 cinayətin üstü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

 

SİZƏ MARAQLI OLA BİLƏR