Burada sizin reklamınız ola bilər

BDU-nun tələbəsi özünü 3-cü mərtəbədən yerə atdı
01 İyun 2019 , 12:57

BDU-nun tələbəsi özünü 3-cü mərtəbədən yerə atdı


Bakı Dövlət Universitetinin tələbəsi özünü 3-cü mərtəbədən yerə atıb.

 

Belə ki, Şəmkir rayon sakini 21 yaşlı Musayeva Ə. Rəşid qızı kirayə yaşadığı binanın üçüncü mərtəbəsindən özünü yerə atıb.

 

Hadisə Nərimanov rayonunda baş verib.

 

Məsələ  ilə bağlı BDU-nun mətbuat katibi Pərvanə İbrahimova Primetime.az-a açıqlamasında deyib ki, Ə.Musayeva Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin politologiya ixtisası üzrə təhsil alır. Universitet rəsmisinin sözlərinə görə, 3-cü kurs tələbəsinin təhsil göstəriciləri yaxşıdır və hər hansı kəsri yoxdur.

 

Qeyd edək ki, tələbənin vəziyyəti hazırda stabildir.

 

Günay Rəsulqızı

 

SİZƏ MARAQLI OLA BİLƏR