Azərbaycanda keçmiş məhkum hər rayonda bir mağaza “soyub”.
DİN-dən Primetime.az-a verilən məlumata görə, İsmayıllı rayonun Təzəkənd kənd sakini Ramiz Səmədova məxsus mağazadan mayın 26-sı gecə saatlarında ümumi dəyəri 1500 manat olan müxtəlif siqaretlər, spirtli və digər içkilər, eləcə də pul oğurlanıb.
Həmin oğurluğu edən şəxsin Goranboy rayon sakini, əvvəllər də məhkum olunmuş 31 yaşlı Elçin Hüseynov olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb. E. Hüseynovun ətrafında aparılan araşdırma zamanı onun Balakən, Qax, Şəki və Şamaxı rayonlarında da analoji cinayət əməllərini törətdiyi məlum olub.
Faktla bağlı saxlanılan şəxs barəsində RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.