Burada sizin reklamınız ola bilər

Bu gündən Bakı metrosu uşaqların səsinə bürünüb
01 İyun 2019 , 11:13

Bu gündən Bakı metrosu uşaqların səsinə bürünüb


Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakı Metropolitenində qeyd ediləcək.

 

“Bakı Metropoliteni” QSC-dən Primetime.az-a verilən məlumata görə, uşaqlara Əməkdar artist, şoumen, şən və hazırcavab “Bakılı oğlan” Bəhram Bağırzadənin kitabları paylanılacaq. Bu mərasimi kiçik sərnişinlərə daha özəl və yaddaqalan etmək məqsədilə bayram tamaşasına kitabların müəllifi də dəvət olunub.

 

Məlumata əsasən, bayram tamaşası çərçivəsində uşaqlara əyləncə dolu saatlar bəxş ediləcək.Onlara müxtəlif personajların, jonqlyorların iştirak edəcəyi rəngarəng, maraqlı tamaşa təqdim ediləcək. Şou-proqram uşaqların heyranlıqla seyr etdiyi maraqlı hədiyyələri, şən təlxəklərin və xüsusi dəvət edilmiş sehrbazın nümunəvi çıxışları ilə daha da zənginləşdiriləcək.

 

Ötən ilin həmin günündə olduğu kimi, bu dəfə də metropoliten stansiyalarında qatarların anonsları uşaqların dili ilə səsləndiriləcək. İyunun 1-dən başlayaraq üç gün ərzində onların maraqlı, mehriban və şirin səsi sərnişinlərimizə xoş ovqat bəxş edəcək.

SİZƏ MARAQLI OLA BİLƏR