Burada sizin reklamınız ola bilər

Bayramda qatarla istirahətə gedənlərin nəzərinə
30 May 2019 , 12:49

Bayramda qatarla istirahətə gedənlərin nəzərinə


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Ramazan bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışacaq.

 

Primetime.az xəbər verir ki, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.

 

Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

 

Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

SİZƏ MARAQLI OLA BİLƏR