Burada sizin reklamınız ola bilər

Qarabağ müharibəsi əlili ölü vəziyyətdə tapıldı
28 May 2019 , 23:20

Qarabağ müharibəsi əlili ölü vəziyyətdə tapıldı


Qaxda yol kənarından kişi meyiti tapılıb.

 

Primetime.az ONA-ya istinadən xəbər verir ki, bu axşam saat 20:00 radələrində Qax rayonunun Güllük kəndi ərazisində, yolun kənarında kənd sakini, 1968-ci il təvəllüdlü Cahangir Zakir oğlu Məmmədovun meyiti aşkar edilib.

 

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib. C.Məmmədovun hansı səbəbdən ölməsi araşdırılır.

 

C.Məmmədovun 1-ci qrup Qarabağ müharibəsi əlili olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR