Burada sizin reklamınız ola bilər

Qubada iki uşaq anası intihar etdi
21 May 2019 , 14:10

Qubada iki uşaq anası intihar etdi


Quba rayonunda 38 yaşlı qadın intihar edib.

 

Primetime.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.

 

Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Sevinc Gülağa qızı Nemətova özünü su kanalına ataraq intihar edib. Onun meyitini kənd sakinləri sudan çıxarıb.

 

S.Nemətovanın iki uşaq anası olduğu, həyat yoldaşının ürək xəstəliyindən əziyyət çəkdiyi, ailənin də maddi durumunun aşağı olduğu bildirilir.

 

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR