Burada sizin reklamınız ola bilər

Tovuzda avtomobil 6 yaşlı uşağı vurdu
18 May 2019 , 21:09

Tovuzda avtomobil 6 yaşlı uşağı vurdu


Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, hadisə Ağdam kəndi ərazisində baş verib.

 

Ağdam rayon sakini, 1987-ci il təvəllüdlü Elman Azad oğlu Abdullayevidarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçmək istəyən piyada, Ağdam rayon sakini, 2013-cü ildə təvəllüdlü Avaz Vəkil oğlu Məmmədovu vurub. Nəticədə piyada ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılıb. Lakin yaralının artıq öldüyü məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR