Burada sizin reklamınız ola bilər

Azərbaycana bu ilin ilk 4 ayı ərzində gələn turist sayı
18 May 2019 , 11:11

Azərbaycana bu ilin ilk 4 ayı ərzində gələn turist sayı


Azərbaycana bu ilin ilk 4 ayı ərzində 1 milyona yaxın tursit gəlib.

 

Primetime.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-aprel aylarında  Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

 

Gələnlərin  27,3 faizi Rusiya Federasiyası, 26,8 faizi Gürcüstan, 11,1 faizi Türkiyə, 8,0 faizi İran, 3,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8 faiz olmaqla Ukrayna və Hindistan,  1,4 faizi Pakistan, 1,3 faizi İraq, 16,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 69,5 faizini kişilər, 30,5 faizini isə qadınlar təşkil edib.

 

Ölkəmizə yanvar-aprel aylarında gələnlərin sayında daha çox artım Misir (2,2 dəfə), Səudiyyə Ərəbistanı (1,9 dəfə), Hindistan (1,8 dəfə), Türkmənistan (1,8 dəfə), Çin (1,6 dəfə), Yaponiya (37,1 faiz), Kanada (31,8 faiz), Pakistan (28,8 faiz), Gürcüstan (22,6 faiz), Polşa (20,8 faiz) və Cənubi Koreya (20,5 faiz) vətəndaşları arasında qeydə alınıb.

 

2019-cu ilin yanvar-aprel aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  7,0 faiz artaraq 34,2 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 27,5 faiz azalaraq 142,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,0 faiz azalaraq 282,0 min nəfər olub.

 

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 61,1 faizi dəmir yolu və avtomobil, 38,1 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR