Burada sizin reklamınız ola bilər

Dəlixanada müalicə alan 30 yaşlı qadın üçüncü mərtəbədən düşdü, vəziyyəti ağırdır
17 May 2019 , 22:34

Dəlixanada müalicə alan 30 yaşlı qadın üçüncü mərtəbədən düşdü, vəziyyəti ağırdır


Göygöl rayonunda 30 yaşlı qadın üçüncü mərtəbədən yıxılıb.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qızılca kəndi ərazisində yerləşən dəlixanada baş verib.

 

Belə ki, həmin müəssisədə müalicə alan 1989-cu il təvəllüdlü A.P. binanın üçüncü mərtəbəsindən yıxılıb. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

 

Qadının intihara cəhd göstərdiyi də ehtimal olunur.

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR