Burada sizin reklamınız ola bilər

Sabirabadda doğuş zamanı əkiz körpələrdən biri öldü
17 May 2019 , 18:11

Sabirabadda doğuş zamanı əkiz körpələrdən biri öldü


Sabirabad rayonunda doğuş zamanı əkiz körpələrdən biri ölüb.

 

Primetime.az xəbər verir ki, bu barədə “Report”un Aran bürosuna uşağın atası Elvin Əsədov məlumat verib.

 

Onun sözlərinə görə, Ağdərə sakini olan, hazırda Sabirabad rayonunun Nizamikənd kəndində müvəqqəti məskunlaşan həyat yoldaşı, 1997-ci il təvəllüdlü Əsədova Mülayim Bariz qızı Sabirabad Rayon Perinatal Mərkəzinə daxil olub. Ancaq qeysəriyyə əməliyyatı zamanı doğulan əkiz körpələrdən biri ölüb.

 

E.Əsədov əkizlərdən birinin ölümünə səbəb kimi həkim səhlənkarlığının olduğunu iddia edir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR